Şakib Benhafri: "Fransa müstələməkəsində olduğu əraziləri özününküləşdirmək istəyir"

Tarix: 14:02 03.06.2025
"Fransa tarixən Əlcəzairə yaxşı vədlər verib, ancaq əvəzində əzab-əziyyət gətirib".
"İnformator.az" Oxu.Az-a istinadənxəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" adlı beynəlxalq elmi konfrans çərçivəsində "Kolonializmin İdeoloji Əsasları" mövzusunda keçirilən panel sessiyada Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri Şakib Benhafri deyib.
O bildirib ki, Fransa müstələməkəsində olduğu ərazilərdə özünü təsdiqləmək, bir növ əraziləri özününküləşdirmək istəyir:
"Afrikanın bəzi ərazilərindən çıxarılan Fransa yenidən Afrika qitəsinin inkişaf etdirilməsindən danışır, çünki daha geniş coğrafiyaya sahib olmaq ehtiyacı duyur. Ancaq əməldə təklif etdiyi inkişafın əksini müşahidə edirik".