Kruiz gəmisi “Marella Discovery 2” Türkiyənin Alanya limanına yan alıb

Bölmə: Dünya › ,
Tarix: 14:56 03.06.2025

Baham adalarının bayrağı altında üzən “Marella Discovery 2” kruiz gəmisi Antalyanın Alanya rayonunun sahillərinə yan alıb.

 

264 metr uzunluğunda olan gəmi Marmarisdən çıxaraq Antalyaya doğru hərəkət edib və səhər saatlarında Alanya limanına çatıb.

 

Gəminin göyərtəsində əsasən Böyük Britaniya vətəndaşları olmaqla 1801 sərnişin və 744 ekipaj üzvü var.

Gömrük prosedurlarından sonra turistlərin bir hissəsi ekskursiyalara və tarixi yerlərin gəzintisinə yollanıb, digərləri isə Alanyanın mərkəzində gəzişməyi və alış-verişi üstün tutub.

 

Axşam saatlarında gəmi Kiprin Limassol şəhərinə doğru yola düşəcək.

 

Anadolu Agency

Ayan Əsgərova