Türkiyə enerji texnologiyalar ixrac edəcək

Bölmə: Dünya › ,
Tarix: 21:24 04.06.2025

 

Türkiyə müdafiə sənayesinin ardınca daha bir yüksək strateji sahədə texnologiya ixrac etməyə hazırlaşır. Türk qazma gəmilərinin Pakistanda neft və təbii qaz axtarışına çıxacağına diqqət çəkən ekspertlər, "Strateji bölgələrdə yalnız etibar edə biləcəyiniz ölkələrlə yola çıxa bilərsiniz. Ankara da bu sahələrdə dostlarına çıxış yolu açır" fikrini ifadə edir. Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda “Türkiyə Pakistanın müxtəlif bölgələrində təbii qaz axtarır” ifadəsi əslində tarixi bir dövrün ən əhəmiyyətli əlamətlərindən biridir.


Sektoru yaxından izləyən mütəxəssislər Ankaranın yerli və milli müdafiə sənayesi olduğunu hesab edir ki, Türkiyə öz sahəsində həm biliklərini, həm də imkanlarını ixrac edə biləcək bir nöqtəyə çatıb. Bu yeni dövrün özü ilə son dərəcə əhəmiyyətli strateji tərəfdaşlıqlar gətirəcəyi və təbii olaraq Türkiyənin qlobal təsirinin artması gözlənilir.

 

TRT HABER
Səmayə Səftərova