ABŞ Prezidenti Tramp: Putin hücuma cavab verəcək

Tarix: 21:40 04.06.2025
Tramp, Putinlə 1 saat 15 dəqiqə davam edən “çox yaxşı” bir görüş keçirdiklərini bildirib. O, Ukraynanın Rusiyaya qarşı hücumlarının müzakirə edildiyini qeyd edib. Trampın sözlərinə görə, Putin hava limanlarına edilən son hücumlara cavab verməli olduğunu açıq şəkildə bildirib.
Tramp, görüşün müsbət keçdiyini, lakin dərhal sülh gətirməyəcəyini söyləyib. O, tərəflər arasında ünsiyyətin açıq saxlanmasının vacibliyini vurğulayıb. Həmçinin mülki insanların zərər görməməsinin önəmli olduğunu qeyd edib.
Tramp, görüş zamanı İranın nüvə proqramının da müzakirə olunduğunu bildirib. “İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz,” deyə bəyan edib. O, Putinlə bu mövzuda həmfikir olduqlarını da əlavə edib.
Tramp, İranın qərar qəbul etmə prosesini ləngitdiyini iddia edib. O, Putinin nüvə danışıqlarında iştirak edə biləcəyini bildirib. Tramp yaxın müddətdə bu məsələdə qəti qərarın verilməsinin vacib olduğunu vurğulayıb.
TRT Xəbər
Xəlilli Nigar