3 jurnalist həyatını itirib

Bölmə: Dünya › ,
Tarix: 15:13 05.06.2025

 

İsrail ordusunun Qəzzada Əl-Əhli Baptist Xəstəxanasının həyətinə təşkil etdiyi hücum nəticəsində 3 jurnalist həyatını itirib.

 

Adının açıqlanmasını istəməyən səhiyyə sektorundan bir mənbə, Anadolu Agentliyinin (AA) müxbirinə bildirib ki, İsrail ordusu Qəzza şəhərində yerləşən Əl-Əhli Baptist Xəstəxanasının həyətini pilotsuz uçuş aparatları (PUA) ilə bombalayıb.

 

Hücum nəticəsində jurnalistlər Səmir ər-Rufai, Süleyman Hucac və İsmayıl Bədh həyatını itirib, yaralananlar da var.

 

Qəzza zolağına amansız hücumlar həyata keçirən İsrail ordusu bu hücumlar zamanı xəstəxana, məktəb və yerindən edilmiş fələstinlilərin düşərgələri kimi mülki obyektləri də hədəfə alıb.

 

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində indiyədək azı 54 min 607 fələstinli həyatını itirib, 125 min 341 nəfər isə yaralanıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı