Yeni proqram işə salınıb!

Tarix: 15:15 05.06.2025
Daxili İşlər Nazirliyi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədilə yeni tətbiqetmə tətbiq edib.
Bu çərçivədə vətəndaşların səyahət edəcəkləri marşrutlardakı radar və qeyri-radar trafik nəzarət nöqtələrinə baxa biləcəkləri bir internet səhifəsi hazırlayıb. Daxili İşlər Nazirliyinin “https://www.icisleri.gov.tr/iller-arasi-radar-ve-kontrol-noktasi-uygulama-sayilari” internet ünvanından daxil olmaq mümkün olan bu sistem, sürücüləri yoxlamalar barədə məlumatlandırmaq və diqqətli etmək məqsədi daşıyır.
AA müxbirinin tərtib etdiyi məlumata görə, hazırlanan səhifədə vətəndaşlara radar yoxlamalarının dəqiq şəkildə deyil, harada aparıldığı və onların marşrutları üzrə müraciətlərin sayı göstərilir.
Mənbə: A Haber
Çimnaz Telmanqızı