ABŞ-nin Gürcüstandakı səfiri diplomatik fəaliyyətini başa vurur

Tarix: 15:26 05.06.2025
ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz xahişi ilə vəzifəsindən ayrılır.
Bu barədə məlumat diplomatik nümayəndəliyin sosial şəbəkə hesablarında yer alıb.
“ABŞ-ni təmsil edən diplomat kimi 33 illik xidmətdən sonra təqaüdə çıxmaq qərarına gəlmişəm”, – deyə səfir bildirib.
Robin Danniqan Gürcüstandakı diplomatik fəaliyyəti ilə fəxr etdiyini vurğulayıb. O, iyul ayında vəzifəsini rəsmi şəkildə tərk edənədək Vaşinqton və Tbilisi arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Mənbə :Caliber
Aytən Ağazadə