“HƏMAS” İsrail ordusunu girovla hədələyib

Bölmə: Dünya › ,
Tarix: 19:05 07.06.2025

Fələstinin “HƏMAS hərəkatı Qəzza zolağındakı israilli girovlardan birini İsrail Müdafiə Qüvvələrinin (IDF) onun saxlandığı yerə yaxınlaşdığı zaman öldürməklə hədələyib.

 

''İnformator.az''xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı - “İzzəddin əl-Qəssam briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

 

“İsrail hərbçiləri girov Matan Zanqaukerin saxlandığı yeri mühasirəyə alıb və biz təsdiq edirik ki, onlar onu sağ-salamat azad edə bilməyəcəklər. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq”, - o yazıb.

 

Girovun dəqiq harada saxlandığı barədə məlumat verilmir.

 

Qeyd edək ki, son üç gündə İsrail ordusu Qəzza zolağında radikallar tərəfindən qaçırılan üç girovun qalıqlarını aşkar edib.