Kolumbiya prezidentliyinə namizəd çıxışı zamanı güllələnib

Bölmə: Hadisə › ,
Tarix: 17:06 08.06.2025

Kolumbiya “Demokratik Mərkəz” partiyasından prezidentliyinə namizəd, mühafizəkar senator Miquel Uribe Boqoto şəhərində seçicilərlə görüşü zamanı güllələnib. “İnformator.az” xəbər verir ki, bu haqda DW məlumat yayıb.

 

AFP bildirir ki, o, başından və ya kürəyindən ciddi xəsarət alıb. Seçki kampaniyası mitinqində güllələnən siyasətçinin vəziyyəti ağırdır. Məlumata görə, sui-qəsdi törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Uribe 1978-1982-ci illərdə Kolumbiya prezidenti olmuş Xulio Sezar Turbay Ayalanın nəvəsidir.


Kolumbiyanın müdafiə naziri Pedro Sançez hücumun araşdırılmasında bütün imkanlarını səfərbər edəcəyini bildirib. O, “X”də günahkarların tutulmasına səbəb ola biləcək hər hansı məlumat üçün 3 milyard Kolumbiya pesosu (730,000 dollar) mükafat da təklif edib.


Hücumdan sonra Kolumbiya Prezidenti Qustavo Petro Fransaya səfərini ləğv edib.

“Həyata hörmət edin, bu qırmızı xəttdir” , - deyib.