İran ABŞ-yə: Biz tiranlığa boyun əyməyəcəyik

Tarix: 13:34 12.06.2025
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin mülki nüvə tədqiqatlarını dayandırmaq tələbinə sərt reaksiya verib. İlam vilayətindəki çıxışında tələbi “zorbalıq” kimi qiymətləndirən Pezeşkian İranın nüvə işindən əl çəkməyəcəyini vurğulayıb.
Prezidenti Məsud Pezeşkian İlam vilayətinə səfəri zamanı çıxışında ABŞ ilə danışıqlar prosesinə toxunub . Pezeşkian nüvə məsələsində ABŞ və Avropa ilə danışıqlar apardıqlarını , lakin ABŞ-nin mülki nüvə tədqiqatlarından imtina tələbini qəbul etməyəcəklərini və bunu "zorbalıq" kimi qiymətləndirdiklərini bildirib.
İran lideri Ayətullah Əli Xameneinin siyasətlərinə uyğun olaraq ABŞ ilə danışıqları davam etdirdiklərini vurğulayan Pezeşkian, "Biz tiranlığa boyun əyməyəcəyik. Nüvə tədqiqatlarımızı sıfıra endirməyi və sonra sənaye, tibb, kənd təsərrüfatı və digər elm sahələrində lazım olan nüvə materiallarını əldə etmək üçün onların təsdiqini gözləməyi əsla qəbul etməyəcəyik",- deyib.
Pezeşkian elmi araşdırmalardan vaz keçməyəcəklərini qeyd edərək, "Bizə deyirlər ki, bu elmin olmasın. Sonra deyirlər ki, onlara qarşı bir şey desək, İsrail bombalayacaq. Alimlərimiz, elitimiz raketlər quranda Səddam artıq şəhərlərimizi bombalaya bilməzdi. Raketləri olana qədər hər gün bizi vurub”.
CNN Türk
Əminə Əliyeva