Lənkəranda yeniyetmə dənizdə boğulub

Tarix: 18:11 14.06.2025
Lənkəranda yeniyetmə dənizdə boğulub. "İnformator.az" "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində baş verib.
Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.