Bakıda yeni hərəkət zolağı yaradılıb

Tarix: 18:22 15.06.2025
Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni hərəkət zolağı yaradılıb.
Bu barədə "İnformator.az"a AYNA-dan bildirilib.
"Tələbata uyğun olaraq bu kəsişmədə sola dönən nəqliyyat vasitələri üçün əlavə 1 hərəkət zolağı artırdıq", - məlumatda deyilir.