Hakan Fidan iraqlı həmkarı Fuad Hüseynlə telefonla danışıb

Tarix: 18:13 18.06.2025
Xarici işlər naziri Hakan Fidan İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığında İsrail-İran münaqişələri və onların regional fəsadları barədə danışıb. Görüşdə İsrail və İran arasında münaqişələr və onların regional fəsadları müzakirə olunub.
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, ilk növbədə ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib. Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
A HABER
Aysel Mirzəyeva