İraq ərəb ölkələrinin XİN başçılarının görüşünün keçirilməsini təklif edib

Tarix: 18:57 18.06.2025
İraq ərəb ölkələrinin xarici işlər nazirlərinin regiondakı vəziyyətlə bağlı görüşünün çağırılmasını istəyib.
"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə telefon danışığında bildirib.
Nazirlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasının eskalasiyasını müzakirə ediblər.
Onun sözlərinə görə, görüşün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilməsi planlaşdırılır.