İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

Bölmə: Dünya › ,
Tarix: 23:00 18.06.2025

İsrail-İran müharibəsi 6 gündür davam edir. İki ölkə mülki şəxsləri nəzərə almadan qarşılıqlı raket hücumlarına davam edir.

İran prezidenti Məsud Pezeşkian bu gün səhər Nazirlər Kabinetinin iclasında deyib : "İran düşdüyü böhrana qarşı durmaq üçün milli birliyini qorumalıdır. Xalqımız bizimlə olsa, heç bir problem ölkəmizi təhlükəyə atmayacaq. İnanıram ki, milli harmoniya və birlik ilə biz istənilən böhrandan çıxacağıq".

İranın Ali Rəhbəri Xamenei açıqlamasında deyib: "Sionist varlıq böyük səhv edib və bu əməlinə görə cəzalandırılacaq. İran İsrailin hava məkanını pozmasını bağışlamayacaq və şəhidlərinin qanını unutmayacaq. Silahlı qüvvələrimiz vətəni müdafiə etməyə hazırdır və hakimiyyət orqanları və bütün xalq tərəfindən dəstəklənir".

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

İrandakı hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Mənbə: Haber Global
Türkan Kərimli