Brüsselə boyun əyməyənlər

Bölmə: Dünya › ,
Tarix: 19:59 18.06.2025

11–12 iyun 2025-ci ildə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Macarıstana səfəri Avropada sağçı-mühafizəkar qüvvələrin birliyini nümayiş etdirən önəmli hadisə olub.

 

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanı milli suverenliyi və xristian dəyərlərini qorumaqda nümunə göstərib. Hər iki ölkə Brüsselin liberal təzyiqlərinə qarşı çıxaraq ənənəvi dəyərləri və iqtisadi inkişafı önə çəkir. Orban Gürcüstanla əməkdaşlığı “şərəf” adlandırıb və “Macarıstan və Gürcüstan başqa güclərin oyununun fiqurları olmayacaq” bəyanatı ilə çıxış edib. Bu ittifaq, Avropada sağçı alternativin gücləndiyini göstərir.

 

Caliber
Billurə Quliyeva