Müharibədə qorxulan baş verib!

Bölmə: Dünya › ,
Tarix: 20:13 18.06.2025

 

 

İsrail-İran müharibəsi qarşılıqlı hava hücumları ilə altıncı günündə davam edir. Gecə boyu İsrail Tehranı, İran isə Tel-Əvivi intensiv şəkildə bombalayıb. Müharibə hər keçən gün daha da şiddətlənərkən, İran nüvə başlığı ilə hədələyən mesaj yayımlayıb. İran dövlət mediası miniatür bir nüvə başlığının görüntüsünün yer aldığı videonu “Bəlkə” başlığı ilə yayımlayıb.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) “Silahlanma, Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik” adlı 2025-ci il hesabatını açıqlayıb. ABŞ və Rusiya dünyadakı bütün nüvə silahlarının təxminən 90 faizinə sahibdir. 2024-cü ildə istifadə edilə bilən nüvə başlıqlarının sayı nisbətən sabit qalsa da, hər iki ölkə gələcəkdə arsenallarının ölçüsünü və müxtəlifliyini artıracaq genişmiqyaslı modernizasiya proqramları həyata keçirir. Əgər ehtiyatları məhdudlaşdırmaq üçün yeni razılaşma əldə olunmasa, mövcud müqavilənin 2026-cı ilin fevralında başa çatmasından sonra strateji raketlərə yerləşdirilən başlıqların sayının artacağı ehtimal olunub.

 

İsrailin hücumlarını davam etdirdiyi bir vaxtda İran ard-arda iki hücumla təxminən 25 raket ataraq yeni cavab zərbəsi endirib. İsrail mediasında yer alan məlumatlara görə, İran İsrailin şimal və mərkəzi bölgələrinə yeni raket hücumu həyata keçirib. Ölkənin şimalında və mərkəzində həyəcan siqnalları verildikdən sonra İsrailin hava hücumundan müdafiə sistemləri İran tərəfindən iki dalğa ilə atılan təxminən 25 raketi zərərsizləşdirməyə çalışıb. İsrailə ilk dalğada təxminən 15, ikinci dalğada isə 10 raket atılıb. İran raketlərindən bəzilərinin hədəfi paytaxt Tel-Əviv olub. İsrailin “Kanal 12” televiziya kanalının xəbərinə görə, ölkənin mərkəzində bir binaya raket düşməsi nəticəsində ziyan dəyib, şimal bölgəsində isə bir binaya qəlpə isabət edib.

 

Haberler.com

Aygün Babayeva