Türkiyənin inventarında hansı döyüş təyyarələri var?

Tarix: 20:15 18.06.2025
Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra ABŞ ilə ortaq istehsal prosesinə girdiyi F-35 proqramından çıxarılıb. Uzun sürən danışıqlardan sonra Vaşinqton və Ankara əvəzinə F-16 qırıcılarının satışı və modernləşdirilməsi barədə razılığa gəliblər.
Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan döyüş təyyarələrini araşdırdıq və onların ordunun ehtiyaclarını ödəyə bilib-bilməyəcəyini araşdırıblar.
BBC Türkcəyə danışan təqaüdçü Hava Pilotu general-mayor Beyazıt Karataş, F-4 donanmasının uçuş ömrünün uzadılması ilə əlaqədar heç bir problem olmadığını söyləyib və əlavə edib:
"Bu təyyarələr 2030-cu illəri keçmək üçün modernləşdirilib. Yeni təyyarə gələndə hər bir təyyarə və avadanlıq istismardan çıxarılır və digərlərinin istismar xərcləri artmağa başlayır. Amma hələlik F-4-lərdən istifadə davam etdiriləcək".
Bu təyyarələrin modernləşdirilməsi üçün 1997-ci ildə İsrailin IAI şirkəti ilə razılıq əldə edilib və Terminator Layihəsi adlı modernləşdirmə işlərinə başlanılıbdır. Bu çərçivədə texnologiya transferi üçün IAI şirkəti ilə də razılaşma əldə edilmiş və təyyarədə quraşdırılan kompüterlərin bütün kodları Türkiyə Hərbi Hava Qüvvələrinə verilibdir. Türk pilotlar da bununla bağlı təlim keçiblər.
Beləliklə, ən son model silahları istənilən vaxt təyyarəyə inteqrasiya etmək mümkün olub. Bu yolla Türkiyə 2003-cü ildə IAI-dən son halında aldığı bu təyyarələri müasirləşdirməyə, mühərrik gücünü artırmaq və öz imkanları ilə yeni silahlara inteqrasiya etmək üçün bu günə qədər davam edib.
BBC news
Aysel Mirzəyeva