BMT ticarət agentliyi böyük ixtisarlar edəcəyini bildirib

Tarix: 20:15 18.06.2025
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) qlobal maliyyə böhranı fonunda kəskin ixtisarlarla üzləşir. Bu, agentliyin tarixində ən böyük ixtisarlar kimi qiymətləndirilir və inkişaf etməkdə olan ölkələrin iqtisadi şoklara, o cümlədən ABŞ-nin tətbiq etdiyi tariflərə qarşı mübarizəsində dəstək alma imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
UNCTAD-ın baş katibi Rebeca Grynspan xəbərdarlıq edib ki, bu addım inkişaf etməkdə olan ölkələrin artan tələblərinə cavab vermə qabiliyyətinə ciddi zərbə vuracaq. Agentlik, BMT sistemində maliyyə çatışmazlığı səbəbilə planlaşdırılan daha geniş qənaət tədbirləri çərçivəsində büdcəsinin azaldılması ilə üzləşib.
BMT Katibliyi 3.7 milyard dollarlıq ümumi büdcənin 20% azaldılmasını planlaşdırır. Sentyabrda UNCTAD-ın yeni büdcə təklifi üzv dövlətlər tərəfindən nəzərdən keçiriləcək.
ANEWZ
Gülhüseynova Güllər