Putin və BƏƏ Prezidenti gərginliyi müzakirə edib

Tarix: 21:19 18.06.2025
Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, danışıq BƏƏ-nin təşəbbüsü ilə həyata keçirilib.
Söhbət zamanı tərəflər Yaxın Şərqdə, xüsusilə də İran-İsrail qarşıdurması fonunda artan gərginlikdən dərin narahatlıqlarını ifadə ediblər. Qeyd olunub ki, bu münaqişə region üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.
Prezidentlər həmçinin İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlərin həllində hərbi əməliyyatların tezliklə dayandırılmasının və siyasi-diplomatik səylərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Mənbə: Caliber
Aytən Ağazadə