İraq və Fransa nazirləri vəziyyəti müzakirə edib

Bölmə: Dünya › ,
Tarix: 21:21 18.06.2025

İraqın Xarici işlər naziri və Baş nazirin müavini Fuad Hüseyn ilə Fransanın Xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub. Danışıq zamanı İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

 

Nazirlər mövcud vəziyyətin ciddiliyini vurğulayaraq, hərbi əməliyyatların dayandırılması və beynəlxalq ictimaiyyətin bu istiqamətdə təcili hərəkətə keçməsinin vacibliyini qeyd ediblər.

 

Onlar xəbərdarlıq ediblər ki, qarşıdurmanın davam etməsi həm iqtisadi, həm də humanitar sahələrdə daha genişmiqyaslı beynəlxalq böhranlara səbəb ola bilər.

 

Tərəflər müharibənin daha geniş areala yayılmasının və yeni regional, eləcə də beynəlxalq tərəflərin münaqişəyə cəlb edilməsinin qarşısının alınmasının vacibliyini xüsusi olaraq vurğulayıblar. Qeyd olunub ki, bu cür inkişaflar qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yarada bilər.

 

Mənbə: Caliber 

Aytən Ağazadə