"İrana müdaxilədə Trampın qərarını həyata keçirəcəyik"

Bölmə: Dünya › ,
Tarix: 21:27 18.06.2025

ABŞ-nin müdafiə naziri Pete Hegseth, İsrailin İrana hücumları ilə başlayan münaqişələrə ABŞ-nin müdaxiləsi ilə bağlı suallardan yan keçərək, prezident Donald Trampın bu məsələdə yeganə qərar qəbul edən tərəf olduğunu və onun qərarlarını onun departamentinin həyata keçirəcəyini bildirib.

 

Hegseth, Senatın Silahlı Qüvvələr Komitəsinin departamentinin 2026-cı il büdcəsi ilə bağlı dinləmələrində sualları cavablandırıb.

 

Nyu-Hempşir ştatından demokrat senator Cynthia Jeanne Shaheen-in ABŞ-nin İsrailin İrana qarşı hücumlarında iştirak edib-etməyəcəyi ilə bağlı sualına Hegseth deyib ki, o, bu məsələyə sessiyanın qapalı iclasında cavab verə bilər.

 

Bu məsələ ilə bağlı ondan fövqəladə fəaliyyət planı tələb olunub-olunmadığını soruşduqda, Hegseth, "Tələb edilib-edilməməsindən asılı olmayaraq, bunu burada açıqlaya bilmərəm. Bizim işimiz Prezidentin variantları olduğuna və bu variantların nəticələri barədə məlumatlı olmasına əmin olmaqdır",- dedi. 

 

Amerika xalqının Trampı “onların adından qərar vermək üçün” seçdiyini bildirən Hegseth, bu mövzuda tək qərar verənin prezidentin olduğunu və idarəsinin bu qərarları həyata keçirməyə hazır olduğunu bildirib.

 

Rod-Aylend ştatından Demokratik senator Jack Reed açılış bəyanatında deyib: “Biz danışdıqca, raketlər İsrail və İran şəhərlərini vurur və regional müharibənin alovlanması ilə hədələyir”.

 

Reed, İsrailin baş naziri Benyamin Netanyahunun Trampın təkidinə baxmayaraq, İranla qabaqlayıcı müharibəyə başlamaq qərarının bütün regionun sabitliyini və oradakı amerikalıların təhlükəsizliyini təhdid etdiyini bildirib və Tramp administrasiyasının “daha geniş müharibənin qarşısını almaq üçün təcili addımlar atmalı olduğunu” vurğulayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli