Hakan Fidan İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı aparıb

Tarix: 21:48 18.06.2025
Hakan Fidan və Fuad Hüseyn arasında baş tutan telefon danışığında İsrail və İran arasında yaşanan toqquşmalar və bunun bölgəyə təsirləri müzakirə edilib. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, Fidan və Hüseynin telefon danışığı zamanı əsas müzakirə mövzusu İsrail-İran qarşıdurması və bu qarşıdurmanın regional nəticələri olub.
İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə, həmçinin ordunun ali komandanlıq strukturuna qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bir neçə yüksək rütbəli komandir, eləcə də 9 nüvə alimi həlak olub. Ümumilikdə 224 mülki şəxsin öldüyü bildirilib. İran ordusunun İsrailə ballistik raketlərlə cavab zərbəsi nəticəsində isə 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı açıqlanıb.
Başda Türkiyə olmaqla bir çox ölkə İsrailin bu hücumlarını pisləyib.
A haber
Asiman Vəliyeva