Rusiya Azərbaycana təşəkkür edib

Bölmə: Dünya › ,
Tarix: 22:13 18.06.2025

Rusiya hökuməti rusların İrandan çıxarılmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

 

"İnformator.az" "Teleqraf"a xəbər verir ki, bu barədə Rusiya XİN-i qurum rəhbəri Sergey Lavrov və onun həmkarı Ceyhun Bayramov arasında telefon danışığından sonra məlumat verib.


“Sergey Lavrov İrandan respublika ərazisindən keçməklə vətənə qayıdan Rusiya vətəndaşlarına göstərdikləri kömək və diqqətə görə azərbaycanlı tərəfdaşlarına səmimi təşəkkürünü bildirib”, - Rusiya XİN-inin bəyanatında deyilir.