Tehranda Mossad-a bağlı terror qrupu zərərsizləşdirilib

Tarix: 22:15 18.06.2025
İran təhlükəsizlik qüvvələri Tehranda İsrailin kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərən terrorçu qrupun saxlanıldığını açıqlayıb. Bu barədə Baharistan Qubernatorunun müavini Murad Muradi “Tesnim” agentliyinə danışıb.
Muradi bildirib ki, qrup üzvləri maşınla Tehranın Baharistan bölgəsinə daxil olarkən ələ keçirilib. Vasitədə çoxlu sayda partlayıcı maddə, hədəf sistemli mini dronlar, uzaqdan idarə olunan silahlar və rabitə avadanlıqları aşkarlanıb.
Rəsmi açıqlamaya görə, qruplaşma bu texniki vasitələrlə insanların sıx olduğu mərkəzlərdə genişmiqyaslı intihar hücumları planlaşdırıb.
Son günlərdə təhlükəsizlik qüvvələri Tehranın Reyşəhri şəhərində iki, Əlborz vilayətində isə daha iki nəfəri Mossad-la əlaqəli fəaliyyət göstərdikləri üçün saxlayıb.
TRT haber
Mahmudlu Ləman