İrandan İsrailə atılan raketlərin dəyəri 287 milyon dollardır

Tarix: 22:15 18.06.2025
İyunun 13-də İranın İsrailə yönəltdiyi ballistik raket hücumlarının qarşısını almaq İsrailə 287 milyon dollara başa gəlib. Bu barədə məlumatı İsrailin “Haaretz” qəzeti yayıb.
Bildirilib ki, raketlərin əksəriyyəti Arrow 2 və Arrow 3 sistemləri vasitəsilə zərərsizləşdirilsə də, bəziləri müdafiə sistemlərini aşaraq insan tələfatına və ciddi dağıntılara səbəb olub.
İsrail Aviasiya və Kosmos Sənayesinin (IAI) baş direktoru Boaz Levi hücumların intensivliyinin artdığını bildirib: “Apreldə bizə 100 raket atdılar. Oktyabrda bu rəqəm 200-ə çatdı. İndi isə raketlər ardıcıl dalğalarla gəlir”.
Levi qeyd edib ki, Arrow sistemləri ilə yanaşı, ABŞ istehsalı olan THAAD və SM-3 sistemlərindən də istifadə olunub. Məlumata görə, Arrow 3-ün müdaxilə effektivliyi 90 faiz, THAAD sisteminin isə təxminən 40 faizdir.
TRT haber
Mahmudlu Ləman