İsrail beynəlxalq hüququ pozur: “Qanuni müdafiə” iddiası yalandır

Bölmə: Dünya › ,
Tarix: 22:18 18.06.2025

 

İsrailin İrana qarşı beynəlxalq hüquqa zidd hücumları davam edir. Qəzza zolağında olduğu kimi, İranda da mülki şəxsləri hədəf almaqdan çəkinməyən Təl-Əviv rəhbərliyi, bu addımları “qanuni müdafiə” adı altında əsaslandırmağa çalışır. Lakin ekspertlər hesab edirlər ki, İsrail hüquqi çərçivəni pozaraq beynəlxalq qaydaları tapdalayır. Onların fikrincə, əgər ABŞ bu prosesə dəstək verərsə, o da bu qanunsuzluğa şərik olacaq.

 

Bu dəfə də İsrailin zorakılıq siyasəti təkcə İranı deyil, bütövlükdə regionu və dünyanı təhdid edir. “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik” bəhanəsi ilə həyata keçirilən hücumlar nəticəsində artıq çox sayda insan həyatını itirib.

 

Daha narahatedici məqam isə İsrailin milyonlarla insanın yaşadığı İranın paytaxtı Tehranın belə təxliyəsini tələb etməsidir. Qəzzada minlərlə dinc sakinin ölümünə səbəb olan İsrailin, oxşar ssenarini İranda da həyata keçirməyə çalışması beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur və utancverici hal kimi qiymətləndirilir.


TRT haber
Mahmudlu Ləman