İran İsrailə raket zərbəsi endirib

Bölmə: Dünya › ,
Tarix: 22:19 18.06.2025

 

Təl-Əvivdə hava hücumundan müdafiə sistemi aktivləşdirilib.İran İsrail ərazisinə raket zərbəsi endirib. Hücum nəticəsində Təl-Əvivdə hava hücumundan müdafiə sistemi işə düşüb.

 

Şəhər sakinləri əvvəlcə siren səsləri ilə xəbərdar edilib. Ardınca İran tərəfindən atılan raketlərə qarşı müdafiə sistemi aktivləşdirilərək cavab tədbirləri görülüb.

 

İsrail Müdafiə Ordusu hadisəni təsdiqləyib və ölkə ərazisinə atılan raketlərin qarşısını almağa çalışdıqlarını açıqlayıb.

 

Bütün ölkə üzrə əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etmələri ilə bağlı xəbərdarlıq edilib.

TRT haber
Mahmudlu Ləman