Rəşad Sadıqov: Mərhələni biz keçəcəyik

Bölmə: Dünya › ,
Tarix: 22:17 18.06.2025

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib. 

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, 43 yaşlı mütəxəssis komandasını Xorvatiyanın "Hayduk" (Split) kollektivinə qarşı gərgin və maraqlı oyunların gözlədiyini bildirib.


"İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdı. İnşallah inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”, - deyə Sadıqov vurğulayıb.