Bernd Ştange PFL-in qonağı olub

Tarix: 22:23 18.06.2025
“Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, iyunun 18-də baş tutan görüşdə məşqçi ilə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, idarə heyətinin üzvü Rüstəm Rəhimov və tanınmış futbol veteranı Vəli Qasımov da iştirak ediblər.
Qonaqları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qəbul edib.