"Mənim ixtiyarımda olsaydı, İsrailə qarşı lazımi qərarları verərdim"

Tarix: 22:20 18.06.2025
İyunun 23-də keçiriləcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısında Aİ-İsrail münasibətləri müzakirə olunacaq.İclas yaxınlaşdıqca İsrailin Qəzzaya hücumları ilə bağlı Aİ qurumları daxilində gərginlik artır.
Bunun son nümunəsi bu gün Avropa Parlamentində (AP) keçirilən “Qəzzada soyqırımın dayandırılması: Aİ sanksiyalarının vaxtı” adlı sessiya olub.
İlk dəfə olaraq AP-nin Qəzza ilə bağlı iclasının başlığında “soyqırım” ifadəsi işlədilib.
Sessiya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın reaksiyası ilə yadda qalıb.
BBC NEWS
Səmayə Səftərova