"Potanın Perileri" ilk qələbəsini qazanıb

Bölmə: İdman › ,
Tarix: 21:31 19.06.2025

"A Milli Qadın Basketbol Takımı", 2025 FIBA Avropa Çempionatı "A" qrupunun ikinci oyununda İsveçrəni 91-67 hesabı ilə məğlub edib.

 

Oyuna 9-0-lıq seriya ilə başlayan millilər, təsirli hücum etdiyi ilk hissəni 27-13 üstünlüklə tamamlayıb.

 

Fərqin azalmasına imkan verməyən milli takım, üçüncü hissəsini 68-53 öndə keçdiyi qarşılaşmanı 24 xal fərqlə – 91-67 hesabı ilə qazanıb.

 

McCowan, 19 xal və 12 ribaundla "double-double" edərək qələbədə mühüm rol oynayıb.

 

Turnirdə ilk qələbəsini qazanan ay-ulduzlular, qrupdakı son oyununda 21 iyun şənbə günü saat 20:30-da Yunanıstanla qarşılaşacaq. Qrupun digər qarşılaşmasında isə Fransa ilə İsveçrə eyni gün saat 17:30-da üz-üzə gələcək.

 

"Türkiyə Basketbol Federasiyası"nın prezidenti Hidayet Türkoğlu da oyunu zalda izləyib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə