UEFA “Qarabağ”a 1 milyondan çox ödəniş edib

Tarix: 12:50 21.06.2025
UEFA “Qarabağ”a ödəniş edib.
"İnformator.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, qitə futbol qurumu tərəfindən UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə Ağdam təmsilçisinə 753.608 avro (1 milyon 500 min manat) ödənilib.