"İkas Eyüpspor" Leo Dubois ilə yollarını ayırıb

Tarix: 23:30 21.06.2025
Trendyol Süper Lig təmsilçilərindən "İkas Eyüpspor", təcrübəli sağ cinah müdafiəçisi Leo Dubois ilə yollarını ayırdığını açıqlayıb.
“İkas Eyüpspor” klubunun açıqlamasında bildirilib:
“Trendyol Süper Lig’dəki ilk mövsümümüzdə formamızı geyindiyi müddət ərzində göstərdiyi mübarizəyə görə Leo Duboisə təşəkkür edir, karyerasının davamında uğurlar arzulayırıq".
Geridə qalan mövsümün ilk həftələrində “Galatasaray”dan heyətə cəlb olunan, 30 yaşlı Fransalı futbolçu “ikas Eyüpspor” forması ilə 11 rəsmi qarşılaşmada iştirak edib.
Mənbə: TRT Haber
Nigar Həsənzadə