Qəzzada insan haqları pozulub

Tarix: 14:52 23.06.2025
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İsraillə əlaqələri bir daha müzakirə etmək üçün bir araya gəliblər.
Bugünkü görüşü əvvəlkilərdən fərqləndirən əsas cəhət isə müzakirənin Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) hazırladığı hesabat əsasında aparılmasıdır. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallasın rəhbərlik etdiyi EEAS İsrailin Tərəfdaşlıq Sazişini pozub-pozmadığına dair bir qiymətləndirmə hesabatı hazırlayıb. Qiymətləndirmənin nəticəsində İsrailin Aİ ilə Tərəfdaşlıq Sazişini insan haqları baxımından pozduğuna dair göstəricilərin olduğu qənaətinə gəlinib.
Aİ ilə İsrail arasındakı Tərəfdaşlıq Sazişi tərəflər arasında siyasi dialoqdan tutmuş ticarətə qədər münasibətləri geniş miqyasda tənzimləyən bir sənəddir. Bu qiymətləndirmənin aparılması ilə bağlı təklifi may ayında Niderland irəli sürüb və Aİ-yə üzv 27 dövlətdən 17-sinin dəstəyini qazanıb.
BBC News
Fatimə Heydərova