İrana qarşı növbəti hücumun vaxtı açıqlanıb

Tarix: 13:16 01.07.2025
"İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır".
"İnformator.az" " Axar.az"a istinadən xəbər verir ki, bu sözləri İsrail parlamentində “İsrail bizim evimiz” partiyasının lideri Aviqdor Liberman deyib.
“Bizim İrana qarşı növbəti hərbi kampaniyaya maksimum üç il vaxtımız var. Bu o deməkdir ki, İsrail hökuməti bütün prioritetlərini dəyişməlidir”, - o bildirib.
Liberman müdafiə büdcəsini ÜDM-in 8%-nə çatdırmağa çağırıb.
Liberman xatırladıb ki, İranın nüvə proqramı ciddi zərbə alıb, lakin o, məhv edilməyib və bərpa oluna bilər və İran rejimi bütün səylərini buna sərf edir.