Türkiyə dünya turizmində 4-cü yerdədir

Bölmə: Dünya › ,
Tarix: 17:03 23.06.2025

 

Türkiyə 2024-cü ildə 56,7 milyon xarici ziyarətçi ilə dünyanın ən çox turist cəlb edən ölkələri siyahısında 4-cü yerə yüksəlib.

Dünya Turizm Təşkilatının məlumatına görə, turizm liqasında ilk 5 ölkə Fransa, İspaniya, ABŞ, Türkiyə və İtaliyadır.

 

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada bu barədə məlumat verib:

 

"Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının dərc etdiyi 2025-ci ilin May Dünya Turizm Barometrinə görə, Türkiyə 56,7 milyon xarici ziyarətçi ilə 2024-cü ildə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi oldu. Əvvəlki illə müqayisədə 5-ci yerdən 4-cü yerə yüksələn Türkiyə bu sahədə davamlı artımını davam etdirərək cəmi 242 milyon turistə çatdı”.

Bu böyük uğurun tarixi irsin və mədəni zənginliyin, güclü infrastrukturun və dörd mövsümə yayılan turizm müxtəlifliyinin effektiv təbliğinin nəticəsi olduğunu bildirən Ersoy, "Türkiyə indi təkcə izlənilən deyil, həm də nümunə götürülən bir turizm ölkəsidir" , - deyib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva