Dövlət Baxçalı: BMT İsrailə qarşı tədbir görməlidir

Bölmə: Dünya › ,
Tarix: 16:19 25.06.2025

 

İsrailin İrana hücumu barbarlıqdır, yeni böhrana hazır olmalıyıq”.

 

MHP sədri Dövlət Baxçalı 5 ay sonra ilk qrup toplantısında çıxış edib. O, İsrailin İrana hücumunu “haqsızlıq və barbarlıq” adlandıraraq, BMT-ni dərhal güc tətbiq etməyə çağırıb.

“Yeni bir dünya böhranı ehtimalına qarşı hazır olmalıyıq. Vaxt itirmədən İsrailə qarşı tədbir görülməlidir”, – deyə Baxçalı bildirib.

“Qapımızı bağlamayacaq, pərdəmizi endirməyəcəyik. Məqsədimiz diqqət çəkmək deyil, insanların qəlbində qalmaqdır”, – deyən Baxçalı, terrorsuz Türkiyə üçün mübarizənin davam edəcəyini vurğulayıb.

TRT haber
Mahmudlu Ləman