NATO alyansın ilk “Kommersiya Kosmos Strategiyasını” təsdiqləyib

Tarix: 16:26 25.06.2025
NATO-nun müdafiə nazirləri alyansın bürokratik maneələri azaltmaqla kosmos şirkətləri ilə əlaqələrini sadələşdirmək məqsədi daşıyan ilk “Kommersiya Kosmos Strategiyası”nı təsdiqləyiblər.
NATO-dan verilən yazılı açıqlamaya görə, fevral ayında Brüsseldə keçirilən Müdafiə Nazirləri Toplantısında rəsmilər üç fərqli layihədə razılığa gəliblər.
Müdafiə nazirləri bürokratik maneələri azaltmaqla NATO-nun kosmos şirkətləri ilə əlaqələrini sadələşdirmək məqsədi daşıyan ilk “Kommersiya Kosmos Strategiyası”na yaşıl işıq yandırıblar.
Rəsmilər həmçinin müdafiə sahəsində istehsalın artırılmasını nəzərdə tutan “Yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı” və yeni texnologiyaların müdafiəyə inteqrasiyasını sürətləndirməyi hədəfləyən “Sürətli Uyğunlaşma Tədbirləri Planı”nı razılaşdırıblar.
Haber Global
Əminə Əliyeva