Messi "Əl-Hilal"a keçə bilər

Bölmə: İdman › ,
Tarix: 12:54 26.06.2025

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı yazıb.

Bildirilib ki, 38 yaşlı hücumçunun atası yaxın vaxtlarda "Əl-Hilal"ın prezidenti Bin Nafellə görüşəcək.

Onların görüşü ABŞ-də baş tutacaq. Klub rəhbəri hazırda bu ölkədədir və klublararası dünya çempionatında Messinin çıxışını izləyir.

 

Qeyd edək ki, ulduz oyunçunun "İnter Mayami" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonunda başa çatacaq.