Avarçəkənimiz Avropa üçüncüsü olub

Tarix: 18:35 07.07.2025
"Tatyana Smilovenko Avarçəkmə üzrə milli komandamızın həm gənc, həm də yüksək perspektivi olan idmançılardan biridir. O qatıldığı əksər yarışlarda mükafat qazanır. 3-6 iyul tarixlərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa Çempionatında da Tatyana fəxri kürsüdə yer tutub, Avropa 3-cüsü olaraq, bürünc medala sahib olub".
Bu sözləri AKAF-nın mətbuat katibi Vüsal Qurbanov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu çox uğurlu nəticədir, çünki biz ondan daha böyük turnirlərdə, yıni peşəkarlar, böyüklər arasında keçiriləcək Avropa, Dünya Çempionatlarında medal qazanmaöını gözləyirik:
"İnanırıq ki, yaxın gələcəkdə təsnifat mərhələlərində uğurlu nəticə əldə edərək Tatyana yay oyunlarına da lisenziyanı təmin edəcək və Azərbaycanda idman, avarçəkmə həvəskarlarını, eyni zamanda federasiyamızı bu uğurla sevindirəcək.
23 yaşa qədər idmançılar arasında, yəni U-23 səviyyəsində qazanılan medallar gələcəyə yönəlmiş proqramlardır. Çünki bu gün əgər idmançı öz yaşıdları arasında Avropada və Beynəlxalq Arenada uğurlu nəticə göstərirsə, yaxın gələcəkdə qeyd etdiyim kimi Avropa, Dünya Çempionatlarında, Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda, həm də böyüklər arasında uğurlu nəticələr göstərməyi ölkəmizin adına, fəxri kürsüdə yer tutmağı, dövlət himnimizi səsləndirməyi gözləniləndir. Bu cür nailiyyətlərin davamlı olması üçün əvvəla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bir layihə üzərində işləyir ki, ölkəmizdə avarçəkmə idmanını daha da populyarlaşdırsın, kütləviliyi təmin etsin. Bunun nəticəsində avarçəkmə ilə daha çox uşaq, yeniyetmə və gənc məşğul olacaq".
Müsahibimizin sözlərinə görə, son illərdə avarçəkmə idmanı ilə məşğul olan uşaq, yeniyetmələrin sayı da nəzərə çarpacaq qədər artıb:
"Biz misal olaraq: 3 il əvvəl təşkil olunan ölkədaxili yarışlarda bizim 40-50 idmançımız iştirak edib. Bu idmançıların təcrübəsi 3-4 aya bərabər idi. Lakin qeyd etdiyimiz ölkədaxili yarışlarda daha gərgin mübarizə şəraitində keçir. Bu da onun əsasındadır ki, müdəmadi həm Bakıda, həm də Mingeçevirdə məşqlərimiz davam edir və bu məşqlər peşəkar məşqçilərin nəzarəti altında təşkil olunur. Artıq idmançılarımız daha güclüdür: həm fiziki həm də təcrübə baxımından. Çünki AKAF mütəmadi olaraq yeniyetmə və gənc idmançılarımızın Azərbaycanda təşkil olunan beynəlxalq yarışlarla yanaşı, ölkə xaricində keçirilən beynəlxalq turnirlərdə idmançılarımızın iştirakını təmin edir. Bu da bir başa olaraq onların daha güclü idmançılarla mübarizədə təcrübə qazanmasına yönəlir. Biz bu addımları gər zaman davam etdirəcəyik. İstəyimiz odur ki, gələcəkdə hazırki gənclər arasından daha peşəkar, daha güclü rəqabətə davamlı milli komanda formalaşdıraq".
Zəhra Möhübbətova