"Neftçi" qapıçısı ilə müqavilənin müddətini uzatdığını açıqlayıb

Bölmə: İdman › ,
Tarix: 16:13 26.06.2025

"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.


Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.