Kahramanmaraşda meşə yanğınını söndürmək cəhdləri 26 saatdır davam edir

Tarix: 12:55 28.06.2025
Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə 26 saatdır fasiləsiz davam etdirilir.
"İnformator.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, yanğın dünən səhər saatlarında İmalı məhəlləsinin dağlıq və meşəlik ərazisində qeydə alınıb. Yanğının səbəbi hələ müəyyənləşdirilməyib.
Söndürmə işlərinə 10 texnika, üç helikopter və təxminən 100 nəfərlik heyət cəlb edilib.