"Yuventus"un əsas müdafiəçilərindən birində ciddi zədə aşkarlanıb

Tarix: 16:25 28.06.2025
İtaliyanın "Yuventus" komandasının müdafiəçisi Nikolo Savonanın kapsul-bağ aparatında ciddi zədə aşkarlanıb.
"İnformator.az" bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadla xəbər verir.
Bildirilir ki, bu, ABŞ-də keçirilən klublararası dünya çempionatında "Mançester Siti" ilə matçda sol topuğunu zədələyən Savonanın diaqnostik testlərdən keçməsindən sonra müəyyənləşib.
22 yaşlı futbolçunun artıq reabilitasiya proqramına başladığı vurğulanır. Onun zədə səbəbindən 6-8 həftə komandasına kömək edə bilməyəcəyi qeyd edilir.