Zelenski Dudanı təltif edib

Tarix: 15:31 28.06.2025
Ukrayna Prezidenti Vladimir Zelenski polşalı həmkarı Andjey Dudanı "Azadlıq" ordeni ilə təltif etmək barədə fərman imzalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.
Bildirilib ki, A. Duda "Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində göstərdiyi şəxsi xidmətlərinə görə" ordenlə təltif edilib.
Qeyd edək ki, A.Duda elan olunmamış səfərlə Ukraynaya gəlib.