İran son ana qədər bundan xəbərsiz idi-Tramp

Tarix: 19:10 28.06.2025
Son ana qədər İran ABŞ qoşunlarının Tehranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığından xəbərsiz idi.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz onlara xəbərdarlıq etmədik, onlar son dəqiqəyə kimi gələcəyimizi bilmədilər. Həmçinin Tehranın nüvə obyektlərindən uran ehtiyatlarını əvvəlcədən çıxara bilməyəcəyinə əmin idik”, - Tramp bildirib.