Azərbaycanın pul siyasəti Avstriyadakı toplantıda təqdim edilib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:19 30.06.2025

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Avstriyanın paytaxtı Vyanada Qafqaz, Orta Asiya və Monqolustan mərkəzi bank nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda “Azərbaycanda pul siyasətinin kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib.

 

"İnformator.az" bu barədə AMB-yə istinadən xəbər verir.


Məlumata görə, o, son illərdə Azərbaycanda pul siyasətinin kommunikasiyası üzrə alətlər çeşidinin və kanalların əhəmiyyətli genişləndirildiyini, müxtəlif hədəf qruplarına təqdim edilən analitik materialların məzmununun gələcəkyönümlü olması istiqamətində davamlı təkmilləşdirildiyini diqqətə çatdırıb. Direktor yazılı və şifahi kommunikasiyada başlıca makroiqtisadi göstəricilər üzrə proqnozlara daha geniş yer ayrıldığını, ənənəvi ünsiyyət kanalları ilə yanaşı, sosial media platformalarında da məlumat əlçatanlığının təmin olunması istiqamətində mühüm dəyişikliklərin aparıldığını qeyd edib.