SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 22 %-dən çox artırıb

Tarix: 17:20 30.06.2025
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 184 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
"İnformator.az"ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 33,5 milyon ABŞ dolları və ya 22,3 % çoxdur. 5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.