Azərbaycan AİİB ilə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:24 30.06.2025

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

 

İqtisadiyyat Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pekində AİİB-in 10-cu İllik toplantısı çərçivəsində keçirdiyi görüşdə aparılıb.

 

Toplantıda AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti nəzərdən keçirilib.

 

İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda naziri müavini çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhliz üzrə əməkdaşlıq potensialı diqqətə çatdırılıb.


Toplantı çərçivəsində Bankın baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilmiş görüşdə Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyi ilə bağlı görülən işlərin əhəmiyyəti qeyd edilib.