Azərbaycan azad edilmiş ərazilərə 15 milyard dollar sərmayə yatırıb-Samir Şərifov

Tarix: 14:35 01.07.2025
Azərbaycan hökuməti bu günə qədər işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 15 milyard dollar sərmayə yatırıb.
"İnformator.az" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin inkişaf üçün IV maliyyələşdirmə konfransında (FFD4) çıxışı zamanı bildirib.
"İndiyə qədər Azərbaycan hökuməti "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına artıq 15 milyard dollar xərcləyib. Məqsəd məcburi köçkün olan yarım milyona yaxın azərbaycanlının öz doğma şəhər və kəndlərinə qayıtması üçün əlverişli şərait yaratmaqdır", - o qeyd edib.
XƏBƏR LENTİ
20:00
Siyasət
Azad edilmiş ərazilərdə Belarus ilə birgə layihələrin həyata keçirilməsi məsələsi gündəmdədir-Şahin Mustafayev
Azad edilmiş ərazilərdə Belarus ilə birgə layihələrin həyata keçirilməsi məsələsi gündəmdədir-Şahin Mustafayev
19:57
Siyasət
II Özbəkistan-Azərbaycan parlamentlərarası forumu 2026-cı ildə Azərbaycanda keçiriləcək
II Özbəkistan-Azərbaycan parlamentlərarası forumu 2026-cı ildə Azərbaycanda keçiriləcək